Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Suçma kənd məktəbi əsaslı təmir olunmuşdur

03 avqust 2015 | 15:00

Şəkinin Suçma kəndindəki tam orta məktəbdə əsaslı təmir işləri aparılmışdır. Avqustun 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məktəbdə aparılan təmir işləri ilə yerində tanış olmuşdur.
      Məlumat üçün bildiririk ki, Suçma kəndində keçirilən səyyar qəbullar zamanı 220 şagird yerlik kənd tam orta məktəbinin təmir olunması məsələsi dəfələrlə qaldırılmışdır. Bu səbəbli də ötən ilin avqust ayından məktəbdə əsaslı təmir işlərinə başlanmışdır. Məktəbin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. Təmir işləri “AZMİRTEX” MMC tərəfindən aparılır.
     Qeyd edək ki, məktəb üçün yeni binanın tikilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Keçidlər