Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin yeniyetmə karateçiləri açıq şəhər birinciliyində qüvvələrini sınayıblar

12 avqust 2015 | 15:00

Şəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında karate-do idman növü üzrə açıq şəhər birinciliyi başa çatıb.
Şəki şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən və üç gün davam edən birincilikdə 14 çəki dərəcəsi üzrə 100-dək idmançı mübarizə aparıb. Birinciliyin qalibləri medal və diplomlarla mükafatlandırılıblar.
Turnirdə birinci yeri tutan idmançılar, eyni zamanda, Şəkinin karate-do üzrə yığma komandasının tərkibinə daxil ediliblər.

Keçidlər