Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

17 avqust 2015 | 15:00

Avqustun 16-da unudulmaz xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 90-cı ildönümü tamam olub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi Şəki şəhərində  də silsilə tədbirlərlə qeyd olunmaqdadır.
    Baxtiyar Vahabzadənin anadan olduğu gün – avqustun 16-da Şəkidə görkəmli xalq şairinin xatirəsi ehtiramla anılmışdır. Həmin gün şəhər ictmaiyyətinin nümayəndələri, ziyalılar Şəkinin mərkəzində yerləşən parkda qoyulmuş şairin büstü önünə gül-çiçək dəstələri düzmüş, onun kitablarından ibarət sərgi ilə tanış olmuşlar.

Keçidlər