Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidəki Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi

21 avqust 2015 | 15:00

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilib.
Yeni ailə quran Şəki şəhər sakini Nurlan Cabbarov və İlbabə Əhmədova əvvəlcə Ümummilli Liderin Mərkəzin qarşısındakı büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.  Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Mərkəzin foyesində nikah aktının imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin rəisi Ruhаngiz Əfəndiyеvа yeni ailə quran gənclərə xoşbəxtlik arzulayaraq, onlara nikah şəhadətnaməsini təqdim edib.
Yeni ailə quran gənclər bu günün onların həyatında əlamətdar hadisə olduğunu qeyd edərək, nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduqlarını bildiriblər.

Keçidlər