Şriftin ölçüsü :

Saytın rəngi :

İranın “Lian” folklor qrupu Şəkidə musiqisevərlər üçün ustad dərsi keçirib

23 avqust 2015 | 15:00

Avqustun 23-də Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində İran İslam Respublikasının “Lian” folklor qrupu musiqisevərlər üçün ustad dərsi keçirib.
Tədbiri festivalın təşkilatçılarından biri olan “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açaraq ölkəmizdə, eləcə də Qafqazda ilk dəfə keçirilən beynəlxalq zərb alətləri festivalının milli musiqimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, 1993-cü ildə yaradılan “Lian” musiqi qrupu İranın ən tanınmış folklor qruplarından biridir. Kollektiv ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya və Bolqarıstanda keçirilən beynəlxalq festivallarda və tədbirlərdə iştirak edib. Qrupun üzvləri dəfələrlə beynəlxalq festivalların mükafatlarına layiq görülüblər.
Ustad dərsi zamanı qrupun üzvləri tamaşaçılara ifa etdikləri musiqi alətləri və ritmlər barədə ətraflı məlumat veriblər.
Musiqi qrupunun təqdim etdiyi kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər