Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyada iştirak etmək hər bir məktəblinin arzusudur

20 noyabr 2015 | 06:11

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmək, Azərbaycanın qədim tarixi məkanlarını, gündən-günə gözəlləşən bölgələrini görmək hər bir məktəblinin arzusudur. Sevinirəm ki, mən də bu layihənin iştirakçısıyam.
Bu sözləri Siyəzən rayonu Məşrif kənd tam orta məktəbin 11-ci sinif şagirdi Fidan Rzayeva Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
İndiyədək bu tarixi məkanları yalnız televiziya ekranlarından gördüyünü vurğulayan Siyəzən məktəblisi daha sonra deyib. “Bura gələnədək bu bölgə, o cümlədən qədim Şəki barədə çox az məlumatımız var idi. Marşrut boyu olduğumuz rayonlar, xüsusilə Şəkinin qədim tarixi-memarlıq abidələri, Xan sarayı barədə artıq xeyli məlumat əldə etdik, bu gözəllikləri canlı şəkildə gördük. Ekskursiyadan aldığımız təəssüratlar yaddaşımızda şübhəsiz ki, əbədi qalacaq”.

Keçidlər