Şriftin ölçüsü :

Saytın rəngi :

Rumıniyanın ölkəmizdəki səfiri Şəkidə müəllim və tələbələrlə görüşüb

26 noyabr 2015 | 01:11

Şəkidə səfərdə olan Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu noyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllim və tələbələri ilə görüşüb.
  Tədbiri filialın direktoru Rafiq Rəsulov açaraq, qonağa təhsil ocağının fəaliyyəti barədə məlumat verib.
Tədbirdə səfir Daniel Kristian Çiobanu “NATO-Azərbaycan münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini vurğulayan diplomat Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu diqqətə çatdırıb.
Sonra səfir sualları cavablandırıb.
Görüşün sonunda rumıniyalı diplomat tələbələrlə xatirə şəkli çəkdirib.
Xatırladaq ki, Şəkiyə səfəri çərçivəsində Rumıniya səfiri noyabrın 23-də şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla da görüşüb.

Keçidlər