Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb

13 dekabr 2015 | 03:12

Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılmışdır.
Ulu öndərin vəfatının on ikinci ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, təhsil və mədəniyyət müəssisələrində bədii qiraət müsabiqələri, sərgilər, görüşlər təşkil olunmuşdur. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin yorulmaz fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.
Dekabrın 12-də isə şəhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, gənclər, ictimaiyyətin təmsilçiləri ulu öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Keçidlər