Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbərliyinin yerli sahibkarlarla görüşü keçirilmişdir

04 fevral 2016 | 08:02

Fevralın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında şəhər rəhbərliyinin yerli sahibkarlarla görüşü keçirilmişdir.
     Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və sahibkarlar iştirak etmişdir.
     Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov açaraq ölkədə sahibkarlara göstərilən dövlət qayğısından danışmış, Şəkidə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən söz açmış, görüşdə iştirak edən sahibkarlardan qarşılaşdıqları problemlər haqqında məlumat verməyi xahiş etmiş və bildirmişdir ki, şəhər icra hakimiyyəti tərəfindən onlara maksimum dərəcədə köməklik göstəriləcəkdir.
    Tədbidə fəaliyyəti dayanın bir sıra özəl müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrindəki movcud vəziyyət haqqında məlumat vermiş, onların fəaliyyətinin bərpası üçün görülə biləcək və yaxud nəzərdə tutulan işlərdən söz açmışlar.
    Tədbirdə çıxış edən fermerlər fəaliyyətlərinin genişləndirilməsi üçün həyata keçirdikləri tədbirlərdən danışmış,  problemlərini səsləndirmişlər.
    Fəaliyyəti dayanın özəl müəssisələrinin rəhbərlərinə vəziyyətdən çıxış yollarını göstərməklə təkliflərinin qısa müddətdə şəhər icra hakimiyyətinə təqdim edilməsi xahiş olunmuşdur.
   Sonda hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək sahibkarlıq subyektlərinə ayrı-ayrı qurumlar, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müdaxilə halları olduğu təqdirdə bu barədə dərhal məlumat verilməsini xahiş etmiş, belə hallara yol verənlərə qarşı qanunvericilkdə nəzərdə tutulan ən ciddi tədbirlərin görüləcəyini vurğulamışlar.

Keçidlər