Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Layısqı kəndində səyyar qəbul

02 aprel 2016 | 07:04

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 31-də Baş Layısqı kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur. Bildirilmişdir ki, son dövrlər Şəki-Qax avtomobil yolundan Baş Layısqı kəndinə gedən yola asfalt örtük çəklmiş, kənddaxili yollar təmir edilmiş, şəhidlərin xatirəsinə ucaldılmış abidədə abadlıq işləri aparılmışdır.
Kənd sakinləri Vüqar Cumayev, İmran Mikayılov, Teymur Məmmədliyev və başqaları çıxış edərək kənd uşaq bağçasının əsaslı təmiri, Şin çayından kəndə suvarma suyunun verilməsi, kənddə bankomatın quraşdırılması, Baş Layısqı kənd tam orta məktəbinin idman zalının əsaslı təmirinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
      Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər