Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən igid övladları ilə qürur duyur

06 aprel 2016 | 11:04

Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan daha bir əsgərimiz - Şəki rayonunun Böyük Dəhnə kənd sakini, 23 yaşlı Vüqar Süleymanov aprelin 5-də doğulduğu kənddə, “Şəhidlər Xiyabanı”nda torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində şəhər rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhid Vüqar Süleymanov 2015-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Doqquz ay idi ki, hərbi xidmətdə olan əsgər son günlər cəbhə bölgəsində, qoşunların təmas xəttində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub.

Keçidlər