Şriftin ölçüsü :

Saytın rəngi :

Şura

Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şuranın yeni tərkibi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər icra hakimiyyəti başçısının Sərəncamları verilir. 

Şuranın tərkibi:

  • Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
  • Həsən Həsənov - Şəki ŞİHB-nın birinci müavini
  •                           - Şəki ŞİHB-nın müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
  • Zərinə Cavadova - Şəki ŞİHB-nın müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
  •                           - Şəki ŞİHB-nın müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri 
  • Rəfail Mənəfov - Şəki ŞİHBA-nın ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
  • Əhmədiyə Bəşirov - Şəki ŞİHBA-nın hüquq şöbəsinin müdiri
  • Xəlil Xəlilov - Şəki ŞİHBA-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini
  • Azər Muradov - Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi
  • Mehman Xankişiyev - Şəki rayon Prokuroru
  • Natiq Zamanov - Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər şöbəsinin rəisi
Keçidlər