Şriftin ölçüsü :

Saytın rəngi :

Apellyasiya Şurası

Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-ci il tarixli, 762 saylı Fərmanına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının 21 nömrəli, 16.02.2016-cı il tarixli Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılmışdır. Apellyasiya Şurası “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılmışdır. Şəki Şəhər İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının tərkibi aşığıdakı kimidir:

Şuranın sədri:

  • Elman İmamverdiyev - Şəki ŞİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
       Şuranın üzvləri:
  • Əhmədiyə Bəşirov - Şəki ŞİHBA-nın hüquq şöbəsinin müdiri
  • Rəfail Mənəfov -  Şəki ŞİHBA-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
  • Taleh Alxasov - Şəki ŞİHBA-nın memarlıq və tikinti şöbəsinin müdiri - baş memar
  • Filman Rəsulov - Şəki ŞİHBA-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
  • Təbriz Salamov - Şəki ŞİHBA-nın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
  • Rasim Həsənov - Şəki ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

  Şuranın elektron ünvanı: apellyasiya@sheki-ih.gov.az

Keçidlər