ELAN
10 yanvar 2025 | 09:53
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkinin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi və qeydiyyatına başlanmışdır.
Vətəndaş cəmiyyəti institutları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11 və 2.12-ci bəndinə uyğun öz namizədlərinin sənədlərini 13.01.2025-ci il tarixdən etibarən 25 iş günü müddətində Şəki Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən seçki komissiyasına təqdim edə bilərlər. Namizədlərin qeydiyyatı 17.02.2025-ci il tarixində başa çatacaqdır.