Vakansiya
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 23 sentyabr 2024 -cü il tarixində müsabiqə üzrə müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 22 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək. Aşağıda göstərilmiş linkə daxil olaraq Şəki Şəhər İcra Hakimiyyəti üzrə elana çıxarılmış vəzifələrin vəzifə təlimatı və müsahibə proqramları ilə tanış olmaq mümkündür.
A növü inzibati rəhbər vəzifələr üzrə: https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=552
B növü inzibati icraçı vəzifələr üzrə: https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=553
Əlavə məlumat:
- Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
- Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
- Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Şəki Şəhər İcra Hakimiyyətinin internet saytında və Dövlət İmtahan Mərkəzinin portalında yerləşdirilir.