Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 01.01.2024-cü il tarixə 184.2 min nəfərdir. Onlardan 67.8 min nəfəri şəhər, 116.4 min nəfəri kənd ərazisində yaşayır. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır. Şəki rayonu 1 şəhər, 2 qəsəbə (Turan və Çələbixan) və 68 kənd yaşayış məntəqəsini əhatə edir. Rayonda 1 sahə inzibati ərazi dairəsi, 1 qəsəbə və 31 kəndin inzibati  ərazi dairəsi üzrə nümayəndəlik və 1 məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi, 1 şəhər, 1 qəsəbə və kəndləri əhatə edən 38 bələdiyyə mövcuddur. Rayonda 331 idarə və təşkilat, 15 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir.

Keçidlər