Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində müvafiq tədbirlər həyata keçirilir. 2020-ci ilin 12 ayı ərzində 35 KV-luq hava xəttində 4 ədəd yeni dayaq quraşdırılıb. 3.3 km məsafədə xətt əsaslı 7.4 km məsafədə isə cari təmir olunub. 6 KV-luq EVX-də 3 ədəd, 10 KV-luq EVX-də 139 ədəd yeni dayaq quraşdırılmış, 12.215 km məsafədə yeni naqil çəkilmiş, 267 ədəd yeni izolyator quraşdırılmışdır. 6-10 KV-luq EVX-də 308 dayaqarası boş naqillər taramlanmış, 76 ədəd əyilmiş dayaqlar normal vəziyyətə gətirilmiş və 65 ədəd istismara yararsız dayaq istismara yararlı dayaqlarla əvəz olunmuşdur. Ümumilikdə 6-10 KV-luq EVX-də 63.63 km məsafədə əsaslı və cari təmir işləri görülmüşdür. ÖİN xətlərinin tikintisi ilə əlaqədar  14.909 km uzunluğunda magistral xəttə 0.4 KV-luq naqillər SİP kabellə əvəz olunmuş, 4.181 km məsafədə abonent xətti çəkilmiş və 87 ədəd yeni dayaq quraşdırılmışdır. Texniki şərt əsasında abonentlərin elektrik enerjisi ilə təchizatının təmin edilməsi məqsədilə 493 ədəd yeni 0.4 KV-luq dayaq quraşdırılıb, 15.925 km məsafədə SİP kabel xətti çəkilmişdir.
Hazırda Şəki şəhəri, rayonun 43 kəndi və 2 qəsəbəsi fasiləsiz olaraq təbii qazla təmin edilir. Rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 2020-ci il üçün Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsait hesabına IV mərhələ üzrə tikinti-quraşdırma işləri başa çatdırılmışdır.
2020-ci il ərzində layihə çərçivəsində 3524 p/m kanalizasiya xətti, 4906 p/m su xətti çəkilmiş, 545 su-ev birləşməsi, 514 kanalizasiya-ev birləşməsi aparılmış, 2300 sayğac quraşdırılmışdır.
2020-ci il ərzində Şəki rayonu Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 26988 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 25601 olmuşdur. Rayonda 15176 internet-ADSL, 1 peyk rabitəsi, 868 SDMA abunəçisi vardır.
Rayon ərazisində 98 km uzunluğunda respublika əhəmiyyətli magistral, 258 km səhərdaxili, 343 km kəndarası yollar vardır. 2020-ci ildə 41.5 min kv.m səhərdaxili, 168.6 min kv.m kəndarası yollar asfalt-beton örtüklə təmir olunmuşdur. Bu işlər bu gün də davam etdirilir.

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçilrilməsi nəzərdə tutulur:

 

  • Rayonda əhalinin içməli su, elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, şəhərdə kanalizasiya sisteminin yenidən qurulması;
  • Şəhər, kənd və qəsəbələrdə qazlaşdırılmamış abonentlərin təbii qazla təchizatı;
  • Şəhərin mərkəzi küçələrinin yenidən qurulması, işıqlandırlması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması;
  • Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlaşdırılması;
  • Dağ çaylarında sel təhlükəsinin aradan qaldırılması üçün sahilbərkitmə bəndlərinin tikintisi;
  • Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının yatağının təmizlənməsi, sahil divarlarının əsaslı bərpa olunması və abadlıq işlərinin aparılması;
  • Mərkəzləşdirilmiş istilik sisteminin qurulması;
  • Rayonda 96 ümumtəhsil məktəbindən 30-u uyğunlaşdırılmış binalarda yerləşir, 3 məktəb qəzalı vəziyyətdədir. 16 məktəbin əsaslı təmir olunması, 40 məktəb üçün yeni bina tikilməsi;
  • Əhalinin sosial problemlərinin həlli istiqamətində əsaslı tədbirlərin həyata keçirməsi.
Keçidlər