Şriftin ölçüsü :

Saytın rəngi :

Payız-qış mövsümündə yaşayış sektorunda, yüksəkmərtəbəli və çoxmərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün tədbirlər planı

06 oktyabr 2026 | 17:20

Payız-qış mövsümündə yaşayış sektorunda, yüksəkmərtəbəli və çoxmərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün

 TƏDBİRLƏR PLANI 

s/s

Tədbirlərin adı

İcraçı

İcra müddəti

Qeyd

1

Yaşayış sektorunun yanğına qarşı vəziyyətinin yoxlanması məqsədi ilə ilk növbədə azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarında operativ yanğın-texniki müayinələr keçirmək.

Şimal -qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları

Payız-qış mövsümündə

 

2

Yaşayış sektorunun yanğına qarşı vəziyyətinin yoxlanması məqsədi ilə azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarında operativ yanğın-texniki müayinələr keçirən zaman çardaqların təmiz vəziyyətdə saxlanılmasına və orada əşyaların yerləşdirilməməsinə, çardaq örtüklərin yanar konstruksiyaların mütəmadi olaraq odadavamlı məhlulla hopdurlumasına, çardaq sahəsində kustar üsulla elektrik xətlərinin çəkilməməsinə, tüstü bacaların və borularının təmizlənməsinə, pilləkən qəfəslərində hərəkəti məhdudlaşdıran əşyaların qoyulmamasına xüsusi diqqətin yetirilməsi.

Şimal -qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları

Daima

 

3

Xidməti ərzidə mövcud azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarının peri metri boyunca yanğınsöndürən avtomobillərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə süni maneələrlə bağlanmış yolların açılmasına nail olmaq.

Şimal-qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları

Daima

 

4

Yaşayış sektorunun yanğına qarşı vəziyyətinin yoxlanması məqsədi ilə azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarında mövcud qeyri standart elektrik cihazlarının və sobaların istismarı, elektrik təsərrüfatının, qurğuların, avadanlıqların norma və qaydalara uyğun quraşdırılmamasına yol verməmək.

-Elektrik naqillərinin gərginliyə davamlığı bir ildə bir dəfədən az olmayaraq mütəxəsislər tərəfindən yoxlanılaraq aktlaşdırılmalı;

-Elektrik qurğuları, avadanlıqları, ildırım ötürücülərin torpaqlanması mütəxəsislər tərəfindən yoxlanaraq müvafiq aktların tərtib edilməsi təmin edilməli;

-Elektrik təsərrüfatı qeyri mütəxəsislər tərəfindən pərakəndə quraşdırılmaqla Elektrik Qurğularının Quraşdırılma Qaydalarına əməl olunmur;

Şimal -qərb regional DYNİ-nin əməkdaşları və Şimal-qərb Regional ET və Sİ-nin nümayəndələri

Daima

 

5

Yaşayış sektorunun yanğına qarşı vəziyyətinin yoxlanması məqsədi ilə azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarında  aparılan müayinə zamanı aşağıda qeyd olunan tələblərə xüsusi diqqət yetirilməli və icrasına nail olmalı;

-Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərində havanın sorulmasının yoxlanması;

-Qazla istismar olunan qurğuların, sobaların tüstü borularının ciddi olaraq tüstü bacalarına ötürülməsi və yanma məhsullarının ixrac olunma vəziyyətinin yoxlanılması;

-Qazla istismar olunan qurğuların, sobaların tüstü bacalarının havalandırma və havadəyişmə xətlərinə qoşulmasını qəti qadağan edilməli və aşkar edildikdə qaz verilişinin dayandırılmasına nail olmalı;

-Qazla istismar olunan qurğuların və sobaların quraşdırıldığı otaqlarda nəfəsliklərin mövcudluğuna diqqət yetirməklə istismar qaydalarına əməl edilməsi və xüsusi təlimat kitabında imzaların toplanması;

-Paralel olaraq montaj edilən qaz borularının müxtəlif üzlüklərlə gizlədilməsinin və müvəqqəti rezin borularla istifadə edilməsinin qarşısının alınması;

-Aşkar edilən nasaz tüstü bacaları və havalandırma xətləri barədə xüsusi qeydlər aparmaqla MTK və ya digər qaz istehlakçıları arasında görüləcək işlər barədə müqavilələrin bağlanmasına nail olmalı;

-Yaşayış binalarının mərkəzləşmiş qazanxanaları mövcud olduqda, müvafiq komissiyanın tərkibində yanğın-texniki müayinə keçirərək nöqsanların aradan qaldırılması üçün tələbnamə məktublarının verilməsi;

-Yaşayış binalarında müayinə zamanı dəhlizlərin, ehtiyat çıxış yollarının maneyəsiz təmin edilməsini, ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğunu, mövcud daxili yanğın su kranlarının yanğın xəbərverici qurğuların, hava qovucu qurğuların, avtomat yanğın söndürmə qurğularının saz vəziyyətdə olmasına nail olmalı;

-Binaların perimetri boyunca yanğın söndürmə avtomobillərinin maneyəsiz hərəkət etməsi üçün şəraitin mövcudluğu və ərazidə yerləşən yanğın su hovuzunun saz vəziyyətdə olması;

-Binaların zirzəmilərində qeyri qanuni obyektlərin mövcudluğu və yaşayış üçün ayrılmış sahələri yoxlayaraq zəruri tədbirlərin görülməsi;

Şimal -qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları və Zaqatala Regional Qaz İstismar İdarəsinin nümayəndələri

Payız-qış mövsümündə

 

6

Payız-qış mövsümündə yaşayış sektorunda, azmərtəbəli, çoxmərtəbəli və hündürmərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün əvvəlcədən hazırlanmış məqalələrin yerli qəzetdə dərc edilməsini təmin etmək.

Şimal qərb regional DYNİ-nin əməkdaşları

Payız-qış mövsümündə

 

7

Yaşayış sektorunun yanğına qarşı vəziyyətinin yoxlanması məqsədi ilə xidməti ərazidə seçmə yolu ilə fərdi yaşayış evlərundə operativ yanğın-texniki müayinələr keçirmək.

Şimal qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları

Payız-qış mövsümündə

 

8

Payız-qış mövsümündə yaşayış sektorunda insanların kütləvi toplaşdığı yerlərdə profilaktiki tədbirlərin həyata keçirilməsi, mövsümü xarekterli ehtimal olunan yanğınların xəbərdar edilərək qarşısının alınması, sayının minumuma endirilməsi məqsədilə təbliğat xarakterli profilaktiki tədbirlər keçirmək

Şimal-qərb regional DYNİ-nin əməkdaşları və Şəki rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının əməkdaşları

Payız-qış mövsümündə

 

Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nin

 Böyük inspektoru, daxili xidmət mayoru                                                                                            Rövşən Məmmədov

 06.10.2026-cı il.

Keçidlər