Şriftin ölçüsü :

Saytın rəngi :

Düsen Kaseinov: Şəki Azərbaycan mədəniyyətinin bütün incəliklərini özündə cəmləşdirən şəhərdir

30 aprel 2016 | 09:04

Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən şəhərlərin arasında əhalinin sayı baxımından ən kiçiyidir. Bundan əvvəl həmin missiyanı Astana, Əskişəhər, Kazan və Marı kimi böyük şəhərlər yerinə yetirib. Şəki Azərbaycanın qədim tarixindən süzülüb gələn mədəniyyətinin bütün xüsusiyyətlərini, incəliklərini özündə birləşdirən bir şəhərdir.
Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Şəhər rəhbərliyinin Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsinə iki ildən artıqdır ki, çox ciddi hazırlaşdığını vurğulayan baş katib deyib: “Şəkidə ənənəvi olaraq keçirilən beynəlxalq festivallarda türkdilli ölkələrin musiqi kollektivlərinin iştirakı, bu şəhərdə TÜRKSOY-un rəssamlarının görüşünün, türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilənin təşkili, 2015-ci ildə Şəki teatrında türk dramaturqu Haldun Tanerin əsərinin tamaşaya qoyulması və digər tədbirlər Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsində öz rolunu oynayıb”.
Şəkidə çox gözəl mehmanxana və otellərin olduğunu bildirən TÜRKSOY-un baş katibi deyib: “Əsas məsələ odur ki, bu şəhərdə qonaqlara göstərmək üçün hər şey var. Dünya memarlığının incisi Xan sarayı, karvansaraylar, qədim məbəd və digər tarixi məkanlar, həmçinin gözəl təbiət Şəkinin paytaxt seçilməsini şərtləndirən əsas amillərdəndir”.

Keçidlər