Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Həyatla oyun” adlı maarifləndirici tamaşa nümayiş olunub

05 may 2016 | 02:05

Mayın 3-də S.Vurğun adına folklor evində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olunmuşdur.
    Bakı Uşaq Teatrının hazırladığı tamaşanın ssenari müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltandır.  Tamaşada cərəyan edən hadisələr real həyatdan götürülüb.
    Tamaşanın məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.
    Tamaşa gənclər tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər