Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Kitab bayramı keçirilmişdir

24 may 2016 | 07:05

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olnmuş silsilə tədbirlər çərçivəsində mayın 21-də Şəki şəhərində VIII Ümumrespublika Kitab bayramı keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhər rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələri və kitabsevərlərin iştirak etdiyi tədbirdə çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmişlər.
Bildirilmişdir ki, Ulu Öndərin bütün həyatı kitabla bağlı olmuşdur. O, dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanaların xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyi olduğunu bildirən ümummilli liderimiz deyirdi ki, hər birimiz, ilk növbədə, ancaq kitab vasitəsi ilə təhsil almış, elmlərə yiyələnmişik, ona görə də kitaba hər daim borcluyuq.
Bayram iştirakçıları müxtəlif mövzularda yazılmış kitablardan ibarət sərgil ilə yaxından tanış olub,  məktəblilərin ifasında kitab haqqında şeirləri dinləmişlər.
Bayram tədbiri maraqlı konsert proqramı ilə başa çatmışdır.

Keçidlər