Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 8,5 ton yaş barama istehsalı nəzərdə tutulub

25 may 2016 | 04:05

Cari ildə Şəki rayonunda 8,5 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 155 nəfər kümçü ilə müqavilə bağlanıb və onlara 200 qutu, yəni 3,8 kiloqram ipəkqurdu paylanılıb.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq tarixən ipəkçilik rayonu olan Şəkidə də baramaçılığın dirçəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yaş baramanın bir kiloqramının qiymətinin 3 manatdan 8 manata qaldırılması fermerlərin bu sahəyə marağını daha da artırıb.
Qeyd edək ki, hazırda rayonda məhsuldar tut (çəkil) bağlarının ümumi sahəsi 94 hektardır. Gələcəkdə rayon ərazisində yeni tut bağlarının salınması planlaşdırılır.

Keçidlər