Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə insan hüquqları ilə bağlı ictimai dinləmə keçirilib

03 iyun 2016 | 07:06

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyunun 1-də Şəki şəhərində keçirilən ictimai dinləmələrin əsas müzakirə mövzusu olub.
Tədbirdən əvvəl Ombudsman və şəhər rəhbərliyi ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
“Şəki Palas” otelinin konfrans zalında keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, rayonda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.
Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Elmira Süleymanova ölkəmizdə Ombudsman institutunun təsis edilməsi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının məqsəd və vəzifələri, insan hüquqları üzrə müvəkkilin bu sahədəki fəaliyyəti barədə geniş məlumat verib.
Məruzə ətrafında çıxışlardan sonra insan hüquqları üzrə müvəkkil tədbir iştirakçılarının suallarını cavablandırıb.

Keçidlər