Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin İnçə kəndinə ilk dəfə təbii qaz verilib

10 iyun 2016 | 10:06

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İyunun 9-da rayonun İnçə kəndinə ilk dəfə təbii qaz verilib.
331 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 517 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 min 875 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilib. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Şəkinin yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Hazırda rayonun 34 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 80 faizdir. Doqquz kənddə isə qazlaşma işləri aparılır. Yaxın vaxtlarda bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaq.
Mərasimdə kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər