Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri son zəngin sevincini yaşayıblar

15 iyun 2016 | 09:06

İyunun 14-də Şəkinin tam orta məktəblərini bitirən 17778 nəfər şagird üçün son zəng çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəb kollektivləri, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
     Bayram əhvali-ruhiyyəsi ilə bir neçə saat davam edən mərasimlərdə çıxış edənlər əlamətdar gün münasibətilə məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik etmiş, məzuna həyatda və ali məktəb yollarında uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
      Bildirilmişdir ki, əvvəlki tədris ilində rayonun tam orta məktəblərini bitirmiş və ali məktəbə qəbul üçün ərizə vermiş 1101 nəfərdən 615 nəfəri tələbə adını qazanmışdır. Keçirilən qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir. Bir sıra məktəblərin şagirdləri respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır.
     Qeyd olunmuşdur ki, son 4 ildə rayonun 12 nəfər müəllimi “Əməkdar müəllim“, 6 nəfər müəlllim isə “Tərəqqi“ medalına layiq görülmüşdür. 2011- 2015- cü illərdə Şəkinin 8 məktəbi “Ən yaxşı umumtəhsil məktəbi”, 5 nəfər isə “Ən yaxşı müəllim “ adını almışdır.
    Son zəng mərasimləri məktəblilərin hazırladıqları rəngarəng bədii proqramlarla davam etmişdir.

Keçidlər