Moldovanın Azərbaycandakı səfiri şəhər icra hakimiyyətinin başçısı ilə görüşmüşdür
Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuka Şəki “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalında iştirak etmək məqsədilə Şəki şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində səfir George Leuka şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Şəkidə keçirilən “İpək Yolu” beynəlxalq musiqi festivalı, həmçinin, Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat verilmişdir.
Moldovalı diplomat Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəkinin gələn qonaqlarda yüksək təəssürat oyatdığını bildirmiş, Şəkinin Türk dünyasının mədəniyyat paytaxtı elan edilməsinin çox doğru qərar olduğunu vurğulamışdır
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda səfirə Şəkinin tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim olunmuşdur.