Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Xoca” filmi nümayiş etdirilmişdir

24 fevral 2013 | 16:00

Fevral ayının 25-də Şəkidə Çingiz Mustafayev adına klubda Vahid Mustafayevin rejissorluğu ilə çəkilmiş “Xoca” filmi nümayiş etdirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
    Erməni vəhşiliklərindən bəhs edən  “Xoca” filmi real faktlar əsasında, Xocalı soyqırımı haqqında çəkilmiş ilk bədii filmdir. Filmin baş prodüseri Mir Şahin, prodüseri Eyyub Danişvər, bəstəkarı Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operatoru Afşin Əlizadə, montaj edəni Elşad Rəhimovdur. Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. “Gəlin dönək evə!” şüarı altında çəkilən bu film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır.

Keçidlər