Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Abbas kəndində 212 abonentə ilk dəfə təbii qaz verilib

31 iyul 2016 | 02:07

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İyulun 29-da rayonun Abbas kəndinə ilk dəfə təbii qaz verilib. 212 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 min 504 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bu münasibətlə keçirilən mərasimdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışılıb. Diqqətə çatdırılıb ki, hazırda rayonun 35 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 78,5 faizdir. Eyni zamanda, daha 9 kəndin qazlaşdırılması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaq.
Tədbirdə kənd ağsaqqalı Novruz Cəfərov çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər