Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Küngüt kəndinin yoluna çay daşı döşənib

06 avqust 2016 | 04:08

Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində Şəkinin Baş Küngüt kəndində “Daş döşəmə yol tikintisi” layihəsinin icrası başa çatıb.
Avqustun 4-də bu münasibətlə mərasim keçirilib. Bildirilib ki, Şəki şəhərindən 25 kilometr aralıda yerləşən Baş Küngüt kəndinin daxili yollarının istismar müddəti başa çatdığından, son vaxtlar kəndin yolları yararsız hala düşmüşdü. Bu da sakinlər üçün müəyyən çətinliklər yaradırdı. Kənd icmasının müraciəti nəzərə alınaraq, bu ilin martında kənddə “Daş döşəmə yol tikintisi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində kəndin daxilində ümumi uzunluğu 1070 metr, sahəsi 5 min kvadratmetr olan yola çay daşı döşənib.
Diqqətə çatdırılıb ki, layihədən 2450 nəfər kənd sakini faydalanacaq.

Keçidlər