Şriftin ölçüsü :

Saytın rəngi :

Polis əməkdaşlarının iş şəraiti yaxşılaşdırılır

01 mart 2013 | 16:00

Şəkinin Turan qəsəbəsində şəhər-rayon polis şöbəsinin Sarıca polis bölməsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir.
Həmin münasibətlə keçirilən mərasimdə şöbənin rəisi, polis polkovniki Eldar İlyasov çıxış edərək son vaxtlar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, 40 min nəfərə yaxın əhalinin yaşadığı bu ərazidə polis bölməsi 2003-cü ildən fəaliyyət göstərir. İndiyədək bölmə heç bir şəraiti olmayan darısqal bir binada yerləşmişdir. 2012-ci ildə Daxili İşlər Nazirliyinin ayırdığı vəsait hesabına bölmə üçün yeni inzibati binanın tikintisinə başlanılmış və sözügedən obyektin inşası təyin olunmuş müddətdə başa çatdırılmışdır.
   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək respublikamızda sabitliyin, əmin-amanlığın təmin edilməsində polis orqanlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirmiş, bölmənin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
     Sonra şəhər rəhbərliyi və mərasim iştirakçıları bölmənin yeni binası ilə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli binada əməkdaşların səmərəli fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmış, bina yeni avadanlıqla təchiz olunmuşdur. Bölmədə 25 nəfər polis əməkdaşı çalışır.

Keçidlər