Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva teatrının Şəki festivalındakı çıxışı tamaşaçıların böyük marağına səbəb olub

21 sentyabr 2016 | 02:09

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının beşinci günü, sentyabrın 19-da tamaşaçılar xarici ölkədən gəlmiş daha bir kollektivin – Moskvanın “Trikster” teatrının təqdim etdiyi “Bədən üzvləri” səhnə əsərinə baxıblar.
Şəki Dövlət Dram Teatrında oynanılan tamaşanın quruluşçu rejissoru Vyaçeslav İqnatov, quruluşçu rəssamı Anna Şmidt, bəstəkarı Alofur Ornaldsdır.
Tamaşada rolları Mariya Litvineva, Nataliya, Denis Borodotski və Vyaçeslav İqnatov oynayıblar.
İşıq-kölgə effektlərindən geniş istifadə olunan tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları tərəfindən hədiyyə təqdim olunub.
Festival çərçivəsində sentyabrın 20-də Şəki teatrında Gürcüstandan gəlmiş daha bir kollektivin – N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrının çıxışı olacaq.
Həmin gün daha bir tamaşa Mingəçevir şəhərində oynanılacaq. Azərbaycan Dövlət Rus Dram Teatrı mingəçevirli tamaşaçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edəcək.

Keçidlər