Şriftin ölçüsü :

Saytın rəngi :

Vyaçeslav İqnatov: Festivalla bağlı təəssüratlarımız çox zəngindir

21 sentyabr 2016 | 02:09

İlk dəfədir Şəkidə oluram. Şəhər çox xoşuma gəldi. Qrupumuzun üzvləri ilə birlikdə şəhəri ekskursiya etdik. Şəhərin qədim hissəsindəki Şəki xanlarının sarayı ilə tanış olduq, Kiş kəndindəki qədim alban məbədini ziyarət etdik. Təəssüratlarımız çox zəngindir. Şəhərin qədimliyi, zəngin tarixi və mədəniyyəti hər tərəfdə hiss olunur.
Bu fikirləri II Şəki Beynəlxalq Teatr Festivalında Moskvanın “Trikster” teatrının təqdim etdiyi tamaşanın rejissoru və aktyoru Vyaçeslav İqnatov AZƏRTAC-a müsahibəsində deyib.
Onun bildirdiyinə görə, qrupun Şəki tamaşaçılarına təqdim etdiyi “Bədən üzvləri” tamaşası eksperimental quruluşda hazırlanıb. Tamaşa qrupun bu üslubda səhnələşdirdiyi ilk əsərdir. Tamaşada işıq-kölgə effektlərindən, plastika, xoreoqrafiya və rəqslərdən geniş istifadə olunub. Onlar bu tamaşa ilə dəfələrlə qastrol səfərlərində olublar. Qrup gələcəkdə də bu üslubda tamaşalar üzərində işləməyi düşünür.

Keçidlər