Şriftin ölçüsü :

Saytın rəngi :

Birləşmiş Krallığın ölkəmizdəki səfirliyi Şəki ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir

21 sentyabr 2016 | 08:09

Şəkidə keçirilən beynəlxalq festivallar barədə məlumatım var. Arzu edərdim ki, gələcəkdə bu festivallarda Böyük Britaniyadan gəlmiş kollektivlər də təmsil olunsun.
Bu fikirləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts sentyabrın 20-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində beynəlxalq səviyyəli 4-5 festival keçirilir.
Xanım Karol Krofts Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla davam etdirildiyini vurğulayaraq, gələcəkdə Şəki şəhəri ilə mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər