Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki idmançıları bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər

06 mart 2013 | 16:00

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Şəki şəhərində bayram tədbiri keçirilmişdir. Rayonun idman ictimaiyyətinin, tanınmış idmançıların, gənclərin iştirak etdikləri tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər il martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunduğunu bildirmiş, rayon idmançılarının 2012-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlar barədə danışmışdır. İdmanın inkişafındakı xidmətlərinə görə bir qrup veteran idmançıya, idman məşqçilərinə idarənin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Tədbir bayram konserti ilə başa çatmışdır.

Keçidlər