Payız mövsümündə Şəki rayonunda 50 min ədəd tut tingi əkiləcək
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin payız mövsümündə Şəki rayonunun ərazisində 50 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə başlanılıb və qısa müddətdə rayon ərazisində 10 min 800 ədəd tut tingi əkilib. Tinglərin 2300 ədədi kümdarların özlərinə məxsus pay torpaqlarında, 8500 ədədi isə Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fonduna aid torpaqlarda əkilib. Hazırda tinglərin əkini sürətlə davam etdirilir.
“Şəki-İpək” ASC-nin tinglik sahəsində yetişdirilən tinglər fermerlərə pulsuz paylanılır. Bu tinglərdən yetişdirilən ağacların məhsuldarlığı 3 ildən sonra 50-60 faizə çatır. Hazırda Səhmdar Cəmiyyətin özünün Şəki rayonunun ərazisində icarəyə götürdüyü 117 hektar sahədə məhsuldar tut bağları var.