YAP Şəki Təşkilatının yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Şəkidə Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının yaranmasının 20-ci ildönümü ilə bağlı İdarə heyətinin yığıncağı keçirilmişdir. Tədbirdə YAP Şəki Təşkilatı İdarə Heyətinin sədri Həsən Həsənov təşkilatın yaranma tarixi, keçdiyi şərəfli yol, ötən 20 il ərzindəki fəaliyyəti barədə geniş məlumat vermişdir. Təşkilatın İdarə heyətinin üzvləri Z.Cavadova, R.Musayev, F.Məmmədov, D.Mikayılov çıxış edərək ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmiş Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs etmiş, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının yaranmasının 20 illiyi ilə bağlı tədbirlər yerli təşkilatlarda da keçirilmişdir.