Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək

15 noyabr 2016 | 04:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Saatlı rayonundan qoşulmuşam. Bu ekskursiya şəxsən mənim həyatımda çox böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Saatlı şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Anar Ağaliyev Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihənin şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə çox yaxşı təsir göstərdiyini vurğulayan Saatlı məktəblisi deyib: “İndiyədək ölkəmiz, həmçinin səyahət etdiyimiz rayonlar barədə tarix və coğrafiya kitablarından müəyyən məlumatlar əldə etsək də, məhz bu tur-aksiya sayəsində Azərbaycanın şimal-qərb bölgəsinin qədim tarixi məkanları, təbiət gözəllikləri ilə yaxından tanış olmaq imkanı qazandıq. Ölkəmiz haqqında biliklərimiz daha zənginləşdi”.

Keçidlər