Cavanşir Feyziyev: Kolmar və Şəki şəhərləri arasında qardaşlaşma barədə protokolun imzalanması gözlənilir
Kolmar və Şəki şəhərləri arasında qardaşlaşma barədə protokolun imzalanması gözlənilir.
Bu fikri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev AZƏRTAC-a müsahibəsində bildirib.
Deputat Kolmar və Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib.
Bildirib ki, hər iki şəhərin iş adamlarının görüşləri təşkil olunub. Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq uğurla davam edir. Kolmar şəhərinin fransız dili müəllimləri Şəki şəhərinin məktəblərində fransız dilinin tədrisində iştirak edirlər. Bu proqram müvəffəqiyyətlə davam etdirilir. Gələcəkdə mədəniyyət və humanitar sahələrdə bir sıra birgə tədbirlərin təşkili nəzərdə tutulur. Bu gün qüvvədə olan dostluq və əməkdaşlıq xartiyası çərçivəsində əlaqələr getdikcə daha da möhkəmlənir.