Jilber Meyer: Kolmar və Şəki şəhərlərinin birgə layihələrinin sayı daha da artırılacaq
Birgə layihələrin həyata keçirilməsi bizə bir-birimizi daha yaxından tanımağa imkan verir.
Bu fikri Kolmar şəhərinin meri Jilber Meyer AZƏRTAC-a müsahibəsində deyib.
Kolmar və Şəki şəhərləri arasındakı əlaqələrdən danışan şəhər meri iki gündür Kolmarda olan Şəki şəhərinin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdiklərini vurğulayıb.
Jilber Meyer Şəki şəhərinin bir sıra təhsil müəssisələrində fransız dilinin tədrisi sahəsində başlanılan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyini bildirib.
J.Meyer deyib: “Digər sahələrdə də fəaliyyətimizi genişləndirəcək və yeni əməkdaşlıq layihələrini nəzərdən keçirəcəyik. Birgə layihələrin həyata keçirilməsi bizə bir-birimizi daha yaxından tanımağa imkan verəcək. Əminəm ki, gələcəkdə iki şəhərin həyata keçirdiyi birgə layihələrin sayı daha da artırılacaq”.