Şəkidə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Həmin tədbirlərdən biri dekabrın 9-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Şəhər 7 №-li tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışılıb.
Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırılıb.
Anım tədbirində şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər.