Şriftin ölçüsü :

Saytın rəngi :

Səfir Mixael Kindsqrab: Almaniya üçün Azərbaycanla əməkdaşlıq çox vacibdir

15 dekabr 2016 | 08:12

Şəkiyə ilk dəfədir səfər edirəm. Bu gözəl şəhərlə tanış olduğuma görə çox şadam. Cari ilin avqustundan səfir vəzifəsində çalışıram və mənim üçün paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələri ilə tanışlıq da çox vacibdir.
Bu sözləri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Şəkiyə səfəri zamanı AZƏRTAC-a müsahibəsində deyib.
Şəkinin mövcud iqtisadi potensialına heyran qaldığını bildirən səfir alman iş adamlarının buraya sərmayə yatıracağına əminliyini vurğulayıb.
Mixael Kindsqrab deyib: “Hazırda Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. MDB məkanında bu, Moskvadan sonra ikinci ticarət palatasıdır. Bu onu göstərir ki, Almaniya üçün Azərbaycanla əməkdaşlıq çox vacibdir”.

Keçidlər