Şəkinin qış mənzərələri
18 dekabr 2016 | 01:12
Şəki ilin bütün fəsillərində gözəldir. Qış isə bu gözəlliyə əlavə rəng qatır. Bir gün əvvəl yağan qar bu qədim şəhərin park və xiyabanlarını, küçə və prospektlərini, tarixi məkanlarını öz bəyaz yorğana bürüyüb. Qarlı, şaxtalı hava müəyyən çətinliklər yaratsa da, şəhərdə həyat öz axarı ilə davam etməkdədir.
Şəki şəhərinin qış mənzərələrini təqdim edirik.