Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Calğalıbulaq” məhəlləsində səyyar qəbul

18 mart 2013 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 16-da şəhərin “Calğalıbulaq” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında məhəllə sakinləri, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, müəssisə, idarə və təşkilat rəhbələri də iştirak etmişlər.
Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, həmin ərazidəki 5 saylı tam orta məktəb üçün yeni binanın tikilib istifadəyə verilməsi, 22 saylı uşaq bağşçasının, Ş.İ.Xətai, H.Cavid, T.Vahabova küçələrinin əsaslı təmir olunması sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
  Məhəllə sakinləri  Məhərrəm Rəsulov, Sahib Əliquliyev, Nizami Səlimov, Namiq Rəsulov və başqaları çıxış edərək Calğalıbulaq və M.Müşviq küçələrində su arxlarının bərpası və küçələrin əsaslı təmiri, Füzuli küçəsinin yarımçıq qalmış hissəsinin əsaslı təmiri, 5 saylı tam orta məktəbə əlavə giriş qapısının açılması, M.Füzuli adına mədəniyyət və istirahət parkında fontan quraşdırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər