Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı ümumşəhər toplantısı keçirilmişdir

21 yanvar 2017 | 05:01

20 Yanvar gecəsi günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb.
  Bu fikirlər 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsnənib.
  Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları, rayonda yerləşən hərbi hissələrin əsgər və zabit heyəti, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən “Şəhidlər xiyabanı”na gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
  Ümumşəhər toplantısında çıxış edənlər 20 Yanvarın xalqımızın milli iradəsini və azadlıq uğrunda şəhidliyə yüksəlmə əzmini nümayiş etdirən şanlı tarixi hadisə olduğunu qeyd ediblər. Vurğulanıb ki, 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Qeyd olunub ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Çıxışlarda vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb.
Çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Həmin gün Şəki şəhərindəki məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər