Bilik Fondunun “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi” mövzusunda keçirdiyi videokonfransa Şəki məktəblərinin tibb işçiləri və şagirdləri qoşulub
01 fevral 2017 | 08:01
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, tibbi maarifləndirmə sahəsində silsilə tədbirlər həyata keçirilir.
31 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi” mövzusunda maarifləndirici videokonfrans keçirilib.
Şəki şəhərinin orta məktəblərinin tibb işçiləri, şagirdlər videokonfransa onlayn formada qoşulublar. Mütəxəssislər videokonfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.