Şəkidə boulinq üzrə açıq şəhər birinciliyi keçirilib
02 fevral 2017 | 09:02
Şəkidə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan boulinq üzrə açıq şəhər birinciliyində 50-dək yeniyetmə və gənc mübarizə aparıb.
“Marxal” müalicə-istirahət kompleksinin boulinq zalında keçirilən yarışın açılışında şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, respublikamızda gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd olunub ki, Şəkidə ilk dəfə təşkil olunan boulinq yarışları yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə mühüm töhfədir.
Sonra yarışa start verilib. Birinciliyin qalibləri şəhər gənclər və idman idarəsinin kubok, diplom və hədiyyələri ilə mükafatlandırılıblar.