Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Artisti Canəli Əkbərov: Muğam festivalları xalqımızın milli musiqi mədəniyyətinə böyük töhfələr verir

17 mart 2013 | 16:00

Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ideyası və təşəbbüsü ilə keçirilən bu muğam festivalları, müsabiqələr, muğam simpoziumları xalqımızın milli musiqi mədəniyyətinə böyük töhfələr verir. Mən bu festivalların, müsabiqələrin bəhrəsini, bölgələrdə bu festivallara verilən yüksək qiymətin təzahürünü görürəm. 50 ildən artıqdır ki, milli musiqimizə, muğam ifaçılığımıza xidmət etdiyimə görə özümü xoşbəxtəm sayıram.
Bu sözləri “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Şəki şəhərində keçirilən muğam gecəsinin fəxri qonağı, tanınmış muğam ustası, Xalq Artisti Canəli Əkbərov jurnalistlərə müsahibəsində bildirmişdir.
Qədim tarixə və zəngin ənənələrə malik olan Şəkidə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirən Xalq Artisti bildirmişdir ki, paytaxt Bakı ilə yanaşı, əyalətlərdə də milli musiqimizin, mədəni dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verilməsi təqdirəlayiq haldır. Muğam ustası belə festivalların əhəmiyyətini xüsusi vurğulamış və festivalın bütün təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Keçidlər