Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Şəkidə silsilə tədbirlər keçirilir
“Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Prezident Administrasiyası rəhbərinın sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Şəki şəhərində Xocalı soyqırımının ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanaraq şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş və tədbirlər planının icrasına başlanılmışdır.
Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı idarə, müəssisə və təşkilatlarda, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində tədbirlər keçirilir, xalqımızın milli azadlıq uğrunda mübarizəsinə həsr olunmuş bədii gecələr, rəsm sərgiləri təşkil olunur. Fevralın 24-də təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaqdır.
Tədbirlər planına uyğun olaraq, şəhər ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, rayonda məskunlaşan Xocalı məcburi köçkünlərinin və şəhid ailələrinin iştirakı ilə anım mərasimi keçiriləcək, fevralın 26-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad olunacaqdır.