Şəkidə stolüstü tennis üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib
17 fevral 2017 | 03:02
Şəkidə ümumtəhsil məktəblərinin komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi 12 saylı tam orta məktəbin oğlanlardan və 14 saylı tam orta məktəbin qızlardan ibarət komandalarının qələbəsi ilə başa çatıb.
Şəhər gənclər və idman idarəsindən bildiriblər ki, idarənin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 komanda mübarizə aparıb. Hər komandanın tərkibinə 3 oğlan və 3 qız idmançı daxil edilib.
Oğlanların yarışında şəhər 5 saylı və Qoxmuq kənd məktəblərinin, qızların yarışında isə şəhər 12 və 5 saylı tam orta məktəblərin komandaları ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara idarənin diplom və hədiyyələri təqdim olunub.