Şriftin ölçüsü :

Saytın rəngi :

Səfir Vey Cinxua: Azərbaycan “İpək yolu” üzərində yerləşən çox vacib ölkədir

23 fevral 2017 | 08:02

Azərbaycan “İpək yolu” üzərində yerləşən çox vacib ölkədir.
Bunu Şəkidə jurnalistlərə müsahibəsində Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua deyib.
Yeddi aya yaxındır Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran çinli diplomat Şəkiyə ilk dəfədir gəldiyini bildirib. Səfirliyin bir çox əməkdaşlarının artıq Şəkidə olduqlarını vurğulayan Vey Cinxua deyib: “Şəkiyə səfirliyimizin əməkdaşlarının məsləhəti ilə gəldim və burada olmağımdan çox şadam. Bizə Azərbaycanın bölgələri, tarixi məkanları ilə tanış olmaq imkanı yaratdıqlarına görə bu səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Şəkinin Azərbaycan tarixində özünəməxsus yeri olduğunu vurğulayan çinli diplomat gələcəkdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın, həmçinin mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyini önə çəkib. “Səfirlik olaraq, biz bu əlaqələrin möhkəmlənməsinə öz töhfəmizi verməyə hazırıq”, - deyə səfir Vey Cinxua bildirib.

Keçidlər